İndoneziyanın Papua əyalətində ilboyu yağış yağan meşənin dərinliklərində yaşayan son qəbilələrdən biri olan Korovailer, meşədəki həyata o qədər öyrəşiblər ki, artıq ağaclarda yaşayırlar. Onlara hətta "yağışlı meşənin insanları" adı da veriblər.
Unikal.org xəbər verir ki, ağaclarda yaşamaqlarının ən başlıca səbəbi isə seldən, həşəratlardan və ən əsası düşmənlərdən qorunmaq üçün orada məskunlaşıblar. Onların daş dövründə olduğu kimi əyinlərində heç bir geyimləri yoxdur. Onlar, meşədəki vəhşi heyvanları ovlamaqla və ağacalardan yarpaqları qoparıb yeməklə qidalanırlar.
Qeyd edək ki, Korovailer, ilk dəfə 2010-ci ildə siyahiya alınıb. Siyahıya alınma zamanı meşədə 2 min 868 qəbilə üzvününün yaşadığı məlum olmuşdur.