Dünyanın ən kök supermodeli sayılan, "plus-size kraliçası" kimi tanınan Tess Hollidey "İnstagram" profilində yarıçılpaq fotosunu paylaşıb.
Unikal.org bildirir ki, 31 yaşlı T.Hollideyin İnstagram səhifəsinin 1,3 milyon daimi izləyicisi var. 155 kq çəkisi olan T.Hollidey onu modellik üçün həddən ziyadə kök və piyli hesab edənlərə belə cavab verib.
"Həyatımın mənasız olduğunu, bitdiyimi düşünə bilərsiniz, amma heç də belə deyil. Heç yerə yox olan deyiləm, qarşınızdan da geri çəkilməyəcəyəm", - deyə Hollidey yazıb.