Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

Unikal.org report-a istinadən istinadən xəbər verir ki, Qazaxıstan lideri sağlamlığındakı problemə görə Bakıya gələ bilməyəcək.

Ümumiyyətlə, soyuqdəymə ilə əlaqədar müalicə alan N.Nazarbayevin görüş qrafikində yaxın zaman üçün nəzərdə tutulmuş tədbirlərin hamısı təxirə salınıb.

Azərbaycanın energetika naziri Natiq Əliyev bir müddət əvvəl iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası komissiyasının Astanada keçirilən 13-cü iclasında Nursultan Nazarbayevin Bakıya səfərinin oktyabrın 12-də baş tutacağını bildirmişdi.

Xatırladaq ki, Qazaxıstan prezidentinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün oktyabrın 13-də Yerevana səfər edəcəyi planlaşdırılırdı.