Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda aşağıdakı bəndlər yer alıb:

1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.

2. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın ikinci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.