Cadugər-baxıcı-ekstrasens. Bu adla sosial şəbəkələrdə qeydiyyatdan keçib insanlara ağlagəlməz təkliflər edir. Hətta məhkəmə işlərini həll edə biləcəyini, universitet imtahanlarında uğur qazandıra biləcəyini deyir. Gülməli də olsa cadu yolu ilə. Bu adamı axtarıb tapmağa çalışdıq ki, bunu necə bacarır? Elanda yazdığı nömrəyə gün ərzində cavab verməsə də, dedik ki, məsələni ictimai müzakirəyə çıxaraq.

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, bu günlərdə social şəbəkələrdə yayılan bu elan az qala bütün reklam səhifələrini zəbt edib. Özünü Cadugər Baxıcı Ekstrasens kimi təqdim edən social şəbəkə istifadəçisi 22 dırnağarası xidmət növünü insalara təklif edir.

Az sonra başqa nə xidmətlər təklif etdiyi haqda eşidəcəksiniz. Amma əvvəlcə dedik ki, bu adamın özü ilə əlaqə saxlayaq. Elanda yazılan nömrəyə gün ərzində dəfələrlə zəng vurduq, amma cavab vermədi.

Buna görədə qərar verdik ki, cəmiyyətin müxtəlif kəsimləri ilə mövzunu müzakirəyə çıxaraq.

Təssüf ki, belə dırnağarası təkliflərin güdazına gedən insular tez tez tapılır.

Cadugərlik və baxıcılığa marağı olanlara din xadimlərinin də deməyə sözü var.