Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.
Unikal.org bildirir ki, bu barədə "Reporta rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayon sakini 1994-cü il təvəllüdlü Türkan Kərimova özünü yaşadığı evdə iplə asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq ölümün səbəblərini araşdırır.