YAP Sabunçu RT-nın
İdarə heyətinin üzvü,
Murad Cənnətov


Hər bir şəxs müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr etməlidir!

Ulu tarixi olan Azərbaycanımızın illərlə sovet hakimiyyətinin əsarəti altında qalması çoxəsrli dövlətçilik ənənələrimizin yox olması və itib-batması ilə yekunlaşmaq üzrə idi. Lakin Azərbaycan xalqının əzmkarlığı və qüdrəti nəticəsində sovet hakimiyyətinə son qoyularaq müstəmləkəçilik siyasətinə yekun vuruldu və gənc müstəqil Azərbaycan Respublikası təsis edildi.

Təbii ki, o zamanlar heçkəs dövlətimizin bugünki kimi şöhrət qazanıb, inkişaf edəcəyini təsəvvür edə bilməzdi. Lakin bu qəliz və olduqca mürəkkəb sayılan vəzifənin öhdəsindən yalnız bir şəxs gələ bilərdi. O da, sözsüz ki, Ulu Öndər Heydər Əliyev idi. Xalqın təkidi ilə hakimiyyətə gətirilən müdrik lider qısa zaman ərzində yox olmuş Azərbaycan dövlətinin hərbi sahəsində, iqtisadiyyatında, təhsilində, daxili və xarici siyasətində, səhiyyəsində, mədəniyyətində və sair sahələrində köklü dəyişikliklər edərək mütərəqqi islahatlar həyata keçirtdi. Artıq keçən əsrin sonlarından etibarən respublikamızın inkişaf tempi artmağa başladı. Dövlətimizin xarici ölkələr içərisində tanınmasına geniş imkanlar yarandı. Təkcə "Əsrin müqaviləsi zamanı Azərbaycan onlarla uğurun təməlini qoydu. Beynəlxalq aləmdə söz sahibinə çevrilməyimiz, iqtisadiyyatımızın, həmçinin maliyyə vəsaitlərimizin artımı, ölkəyə kapital axımının başlanması və sair müsbət keyfiyyətlərin başlanğıcı məhz 20 sentyabr, 1994-cü ildə qoyuldu.
Respublikamızda elə bir sahə yoxdur ki, orada Ümummili Liderimiz Heydər Əliyevin imzası olmasın. Dahi şəxsiyyətin qeyd etdiyi: "Müstəqilliyi qazanmaq hər nə qədər çətindirsə, onu qoruyub, saxlamaq bir o qədər də mürəkkəbdir sitatı illər əvvəl deyilməsinə baxmayaraq, bu günün maraqlarına cavab verir.
Bu gün cəmiyyətimizin firavan və sabit tərzdə, heç bir maneə olmadan sərbəst şəkildə yaşamasının əsl səbəbkarı ölkə başçımız İlham Əliyev cənablarının dolğun siyasətidir. Qeyd etməyi özümə borc bilirəm ki, respublikamızda aparılan geniş miqyaslı yenidənqurma və abadlıq işləri hərkəsin ürəyincə olmaqla yanaşı, eyni zamanda istənilən vətəndaşa xoş aura bəxş edir. Təkcə quruculuq işləri deyil, Ulu Öndərin uğurlu siyasətinin layiqli davamçısı kimi ölkə rəhbəri tərəfindən istənilən sahəyə böyük diqqət və qayğı göstərilməkdədir. Möhtərəm Cənab Prezidentimizin "Mən hər bir azərbaycanlının prezidenti olacağam deyiminin həqiqətlərə uyğun olması şübhəsizdir. Bu həqiqəti görmək üçün Cənab Prezidentin seçildiyi andan etibarən bu günümüzədək həyata keçirtdiyi məqsədyönlü siyasətinə nəzər yetirə bilərik. Son zamanlar istər sosialyönlü, istərsə də iqtisadi, siyasi və sair sahələrdə, sözün həqiqi mənasında, baş verən müsbət dəyişikliklər hərkəsi sevindirir. Dünya arenasında ölkəmizin adının səslənməsi, dünya ölkələrinin bayraqları arasında bayrağımızın yüksəlməsi birbaşa dövlətin, ölkə rəhbərinin düzgün xarici siyasətinin göstəricisidir. Əgər illər əvvəl Azərbaycan adını qeyri dövlətlərdə qorxaraq çəkirdiksə, beynəlxalq sferada təmsil olunmağımız müşkül məsələ sayılırdısa, bu gün istənilən xarici təşkilatların konfranslarına Azərbaycanın nümayəndə heyəti dəvət alır, iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər. Hazırda regionun ən qüdrətli Respublikası olan doğma vətənimiz artıq lider ölkələr içərisində öz xüsusi siyasəti ilə seçilməkdədir.

Son zamanlar ölkə başçısının qeyri-neft sektoruna xüsusi diqqəti neftdən gələn gəlirləri minimuma endirilməsindən dolayı atılmış mütərəqqi addımdır. Bu siyasət Azərbaycan Respublikasının inkişaf tempini artırmaqla bərabər, həmçinin uzunömürlü xoş gələcəyimizin sələfidir.
Cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı ən önəmli sahə - idman və gənclər sahəsidir. Dəfələrlə öz çıxışlarında vurğuladığı "Gənclərimiz bizim sabahımızdır fikrini hər bir azərbaycanlı gənc özü üçün sitat edib, hər zaman Vətənimizin inkişaf edib, çiçəklənməsinə müxtəlif vasitələr ilə can atmalıdır. Və bu amal uğrunda hər zaman haqqlı mübarizə aparıb, alnı açıq bir şəkildə daim müsbət nəticə qazanmalıyıq. Artıq qürurla deyə bilərik ki, sözügedən istək uğrunda gənclərimizin mütləq əksəriyyəti mübarizə apararaq, ölkəmizin bayrağını zirvələrdə dalğalandırmağa nail olmuşlar. Bircə sonuncu "RİO 2016 yay Olimpiya oyunlarını nümunə kimi göstərmək olar ki, bu yarışlar zamanı 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan Azərbaycan komandası medalların əyarına görə 206 dövlət sırasında 39-cu yeri, medalların sayına görə isə 15-ci yeri tutdu. Ölkəmiz həm də avropa dövlətləri sırasında 21-ci, islam dövlətləri sırasında isə 4-cü yerdə qərarlaşdır. Bununla belə, respublikamız tarixi ərzində ən çox medalı (18 medal) qazandı. Bütün bu uğurları bir günə, bir ilə qazanmaq mümkün deyil. Sözügedən uğurların mənbəyi Ulu Öndər Heydər Əliyevin vaxtı ilə doğru planlaşdırdığı düzgün siyasətin bəhrəsi və ölkə rəhbəri Cənab İlham Əliyevin bu gün idman və gənclər siyasətinə göstərdiyi sonsuz diqqətin, qayğının töhfəsidir.

Son referendum bir daha ölkə rəhbərinin düzgün siyasətinə xalq tərəfindən böyük etimadın göstərildiyini nümayiş etdirdi. Təbii ki, bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Heç şübhəsizdir ki, ölkə siyasəti milli maraqlar üzərində qurulub. Siyasətimizin təməlində isə Azərbaycan xalqının maraqları, milli dəyərləri durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir. Müstəqillik və ləyaqət yolu ilə gedir. Heçkimin qarşısında gözü kölgəli deyil. Heç kimin diqtəsi ilə oturub-durmur. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə Respublikamıza çox böyük şöhrət qazandırır.
Bütün bu və bu kimi çoxsaylı uğurları olan 25 illik gənc, müstəqil Azərbaycan Respublikasının gənci olaraq qürur hissi keçirirəm!