Azərbaycan hökuməti Azərbaycan İpoteka Fondu xətti ilə verilən kommersiya ipoteka kreditləri üzrə faiz dərəcələrinə dəyişiklikləri müzakirə edir. Unikal.org Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
O xatırladıb ki, ipoteka kreditinin həcmini artırmaq planlaşdırılır: "Sosial ipotekaya gəlincə, bu üzrə faiz dərəcəsi dəyişməz olaraq qalacaq".