![](http://www.unikal.org/uploads/posts/2016-02/1456475418_images.jpg)
Şəmkirdə avtomobildən küllü miqdarda pul oğurlanıb.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, fevralın 25-də Şəmkir rayonunun 20 Yanvar küçəsində rayon sakini Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus "Mercedes" markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.