Bu gün səhər radələrində Şimali Osetiya ərazisində Rostov-Yerevan avtobusu qəzaya düşüb. Vladiqafqazdan, Yerevana gələn "Mercedes" avtobus səhər saat 04.30 radələrində "Skania" yük maşını ilə toqquşub.
Unikal.org xəbər verir ki, nəticədə 32 erməni vətəndaşı yaralanıb və 5 nəfər ölüb. Ölənlərdən 4-ü uşaqdır.
Həmçinin hər iki yük avtomobilin sürücüsüdə hadisə yerində ölüb.
Yaralılar Vladikavkaz xəstəxanasına yerləşdirilib.