Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Sabirabadda seciciləri ilə goruş keçirib. 65 saylı Saatlı-Sabirabad-Kurdəmir secki dairəsindən deputat secilən akademik Ə.Əmiraslanov secicilərin muraciətləri ilə tanış olub, onların problemləri ilə maraqlanıb.
YAP Sabirabad rayon təşkilatında keçirilən görüşdə əvvəlcə millət vəkili Əhliman Əmiraslanov çıxış edərək son illər respublikamızda əhalinin rifahının yüksəldilməsi ucun gorulən işlərdən soz acmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi inkişaf, dövlətin daxili və xarici siyasətində qazanılan uğurlardan bəhs etmişdir. O, bu uğurların davamlı olması istiqamətində atılan addımlardan danışaraq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması üçün görülən tədbirlərin davamlı olacağına əmin olduğunu bildirib.
Sonra secicilər cıxış edərək məmnuniyyətlə qeyd ediblər ki, Əhliman Əmiraslanov mutəmadi olaraq seciciləri ilə goruşlər kecirib, həmişə secicilərinin dərdinə şərik olub, insanları narahat edən məsələlərin həllində onlara yaxından köməklik göstərib. Daha sonra goruşdə iştirak edən secicilər muxtəlif səpkidə problemləri ilə əlaqədar deputata muraciət ediblər. Rayon sakinləri bəzi kəndlərdə məktəblə bağlı problemləri, muxtəlif sosial məsələləri səsləndiriblər. Sabirabadlı seçicilər həmçinin səhiyyə sahəsində muəyyən yardım istəyiblər. Əhliman Əmiraslanov bəzi məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib, seciciləri narahat edən digər problemlərlə bağlı isə müvafiq strukturların rəhbərlərinə müraciət olunacağını bildirib.
Sabirabadda kecirilən goruşdə YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev də iştirak edib.