ATV-də yayımlanan "10-dan sonra verilişində əməkdar artist Elza Seyidcahanla müğənni Şəhla Həmidova arasında qalmaqal yaşanıb.

Unikal.org-un məlumatına görə, Şəhla Həmidovanın "Efirdə ağlamaqla gündəmə gəlməmişəm, sevmirəm belə şeyləri. Acından ölsəm də özümü sındırmaram.Qaldı ki, Elza Seyidcahan deyir ki, evini dəyiş. O imkanı, şəraiti halal pulla eləmək olmur sözləri E.Seyidcahanı özündən çıxarıb.

Müğənni qarşı tərəfin həmkarlarını təhqir etdiyini söyləyib:

"Camaatı niyə təhqir edirsən? Burada sənət dostlarını təhqir etdin. Evi olan haram pulla qazanıb? Zamiqlər, Nadirlər, Nuri Sərinləndiricidi elə  mən özüm zülmlə pul qazanırıq, sizin kimi müğənnilər çıxıb efirdə deyirlər ki, biz haram qazanırıq.Cammat bəyəm haram pul qazanır? Belə danışmaq olmaz. Səsin də var, pulun da, bəsdir ağladın.

Elza müğənninin geyimi üçün də məsləhət verib: "Paltarda olan aksessuarın yanında əlavə olaraq sırqa da taxılsaydı, və saçı at quyruğu yığılsaydı daha yaxşı olardı" .


Elza efirdə müğənniyə əsəbiləşdi:  "Sənin kimilər..."