Nazirlər Kabineti "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.
Unikal.org-un xəbərinə görə, dəyişikliklə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.
Belə ki, indiyədək Cəmiyyətin nizamnamə kapitalı 623 milyon 533 min 532 manat idi, onun səhmlərinin nominal dəyərindən təşkil olunurdu və nominal dəyəri 2 manat olan 311 milyon 766 min 766 ədəd sənədsiz adi adlı səhmdən ibarət idi.
Dəyişikliklə ASC-nin nizamnamə kapitalı 885 milyon 633 min 532 manat dəyərində müəyyənləşib və onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 442 milyon 816 min 766 ədəd sənədsiz adi adlı səhmdən ibarət olub.