Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirdiyi quldur dəstələr arasında çaxnaşma yaranıb.

Unikal.org xəbər verir ki, əsgər əsgəri güllələyərək qətlə yertirib.

1997-ci il təvəllüdlü Vaaqn Virabyan növbədə olarkən əsgər yoldaşı tərəfindən öldürülüb.

Ermənistan İstintaq Komitəsində bununla bağlı cinayət işi açılıb. V. Virabyanın qətlində istifadə olunan odlu silahın kimə məxsus olduğu artıq müəyyənləşdirilib.