Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.

Şəhərdə 4 nömrəli xətt üzrə sərnişin daşıyan "İsuzu markalı avtobusla "VAZ2107 markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ-ın sürücüsü olan 1980-ci il təvəllüdlü Sənan Avazov, sərnişinlər, 1989-cu il təvəllüdlü Aynurə İbrahimova və 1987-ci il təvəllüdlü Xəyalə Musayeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.