Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Antaliyada kafelərin birində işləyən Rusiyalı Yana Krall, Muradpaşa qəsəbəsindəki Düdenparkdan keçərkən, erkək bala bir pişiyin çətinliklə hərəkət etdiyini və acı çəkdiyini görüb onu baytara apardı. Orada pişiyin zorlandığını eşidəndə şoka düşdü. Pişiyə arxadan sərt bir əşya soxularaq orqanları paramparça edilmişdi. Yana, pişiyi müalicə etdirəndən sonra, onu yenidən tapdığı parka apardı.
3 gün sonra isə eyni pişiyi pis vəziyyətdə görən Yana Krall,onu yenidən baytara apardığında ikinci şoku yaşadı. Bala pişiyin cinsi orqanını və quyruğunu bıçaqla iki yerə bölmüşdülər.
Klinikada baytar tərəfindən müalicə edilən bala pişiyin vəziyyəti ağırdır.