Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda aramsız yağan yağışların törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Bakı şəhərində yağan yağışlarla əlaqədar olaraq FHN qüvvələri Binəqədi, Yasamal, Nərimanov və Sabunçu rayonlarında su basmış ərazilərdən suyu çəkir və köməksiz vəziyyətdə qalmış vətəndaşlara köməklik göstərir.

Əlavə məlumat veriləcək.