Oktyabrın 16-17-də İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.
Unikal.org xəbər verir ki, rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a deyiblər ki, intensiv yağan yağışlar Sulut, Mücü, Cəfələ çaylarında suyun səviyyəsini həddindən çox artırıb, nəticədə bir sıra kənd yolları dağılıb. Yolların dağılması və sürüşmə səbəbindən 10-dan çox kəndlə əlaqə kəsilib.
Qalacıq çayına gələn sel çayın kənarlarının yuyulmasına səbəb olub, nəticədə təhlükəli vəziyyət yaranıb.
Hazırda leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.