"Bağışlayın məni, amma artıq yaşaya bilmirəm. Həyatımın heç bir mənası qalmayıb. Oğlumun atası və mənim valideynlərim əlbir orlaraq balamı əlimdən almaq istədilər. Qlebin şəfqət, mehribanlıq və sevgi içində olmasını istəyirdim. O isə şər içində böyüyür".
33 yaşlı Anna Ojiqova bunları yazandan sonra 8 yaşlı oğlu Qlebi qucağına alaraq 9-ci mərtəbədəki mənzilin eyvanından özünü atıb.
Unikal.org Life-a istinadən bildirir ki, bu dəhşətli intiharla bağlı istintaq gedir.
"Hazırda Annanın ailə üzvləri, qohumları, mərhumun psixi durumu ilə bağlı hər hansı məlumata malik hər kəsi dindiririk. Hələlik yalnız onu deyə bilərik ki, Anna Ojiqova 2010-cu ildə psixiatrik klinikada qeydiyyata alınmışdı. O, 6 il əvvəl də intihara cəhd etmişdi", - Omsk vilayətinin İstintaq Komitəsinin baş müstəntiqi Stanislav Kojevnikov deyib.
8 yaşlı Qlebin təlim-tərbiyəsi ilə Anna Ojiqovanın sabiq əri Oleq Ponomaryov, bir də qadının valideynləri məşğul olurdular. Prokurorluqdan verilən məlumata görə, bu şəxslər hörmətli, ağıllı, maddi cəhətdən təmin olunmuş insanlardır.
A.Ojiqova ötən ay məhkəmənin qərarı ilə valdideynlik hüquqlarından məhrum edilmişdi. Səbəb onun ağır psixi sapıntılara məruz qalması, ruhi xəstə olması idi.