Parisin mərkəzində 500-ə yaxın polis etiraz aksiyası keçirir.
Unikal.org RİA Novosti-yə istinadən məlumat verir ki, xuliqanlarla qarşıdurma zamanı 1 nəfər polisin xəsarət almasından sonra paytaxt polisləri şəhər mərkəzində etiraz aksiyası keçirməyə qərar veriblər.
Oktyabrın 8-də Viri Şatiyon rayonunda 15 nəfərlik gənclərdən ibarət dəstə ilə polis qüvvələri arasında qarşıdurma baş verib. Səbəb isə həmin ərazidə avtomobil qaçırılması faktlarını yaddaşa yazanyeni quraşdırılmış müşahidə kamerasını polislərin qoruması olub. Yerli gənclər həmin müşahidə kamerasını məhv etmək istəyərkən qarşıdurma yaranıb və 28 yaşlı polis əllərindən və bədəninin yuxarı hissələrindən yanğın xəsarətləri alıb.
Hazırda polisin vəziyyəti ağırdır, Parisin Sen-Lui xəstəxanasında süni komaya salınıb.