Model Solmaz Allahverdiyeva Türkiyədə ailə qurub.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, bu haqda modelin bacısı, rejissor Şahin Zəkizadənin xanımı Səbinə Allahverdiyeva xəbər verib.
O bildirib ki, özəl günündə bacısının yanında ola bilməyib:
"Canımdan əziz olan bacımın ən xoş günüdür. Ailə həyatına addımladı. Heyif, xoş günündə yanında ola bilmədim, amma ürəyim sizinlədir. Bir ömür boyu, xəstəlikdə və sağlamlıqda bir-birinizin yanında olun.
Qeyd edək ki, S.Allahverdiyeva uzun müddətdir Türkiyəyə köçüb və orada fəaliyyət göstərir.
