Bir çox iPhone istifadəçisi, telefonlarındakı zəngli saatın ertələmə aralığının 9 dəqiqə olmasından xoşlanmır. Bəs niyə 5 ya da 10 dəqiqə deyil, məhz 9 dəqiqə?

Unikal.org bildirir ki, İPhone istifadəçilərin çox da səs etmədikləri amma içdən-içə maraqlandıqları mövzulardan biri də zəngli saatın niyə 9 dəqiqə aralıqla ertələndiyidir. Əgər bu müddət 5 dəqiqə olsaydı bəlkə bu qədər maraqlı olmayacaqdı amma 9 kimi fərqli bir rəqəm olması, əminəm ki diqqətinizdən qaçmayıb.

Bir zamanlar mexaniki saatlarda, işçilərin oyanmazdan əvvəl şirin yuxularını almaları (mürgüləmək) üçün saatlarda 9 dəqiqə aralıqlarla zəngin çalmasına şərait yaradan bir idarə düyməsi var idi. Mühəndislər, insanların mürgüləyəcəkləri optimal vaxtın 9 dəqiqə olduğunu təyin etmiş və bunun idarə mexanizminin də ən asan bu düymə ilə təmin edilə biləcəyini düşünmüşdülər.

Uzun sözün qısası bu sistem artıq ənənəvi bir hal almış və günümüzə qədər də bu formada işləməyə davam etmişdir. iPhone-lardakı ertələmə müddətinin 9 dəqiqə olmasının səbəbi də budur. "Apple, bu sistemi 2015-ci ildən etibarən bütün iPhone-lar üçün standart halına gətirib.