Əxlaqsızlıq yuvası açan şəxs həbs olunub.
Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Şahin Səfərov Çarxı kəndi ərazisindəki kafelərdən birində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, bir neçə ay bundan əvvəl eyni kənddə əxlaqsız yuvası aşkarlanmışdı. Əməliyyat zamanı Bakı şəhər sakini Ramin Namazovun gəlir əldə etmək məqsədi ilə Çarxı kəndi ərazisində işlətdiyi kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.