Dabık bizim tariximizdə çox önəmli yer tutur. İndi Əl-Baba doğru irəiləyirik.
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada aparılan hərbi əməliyyatlara münasibət bildirərkən deyib.
"Əl-Babı da azad edəcəyik. Biz koalisiya qüvvələrinə bunu dedik: orada əhalinin 95 faizi ərəblərdir. Orada PYD və YPG-nin nəzarəti olmamalıdır. Dünən ABŞ-dan zəng etdilər ki, kömək edin. Biz bunu əvvəldən demişik axı. Çünki biz buranı yaxşı tanıyırıq. "Rakkada nə edək? dedilər, "gəlin birlikdə edək, dedik. İndi də Rakkanın azad edilməsi barədə danışıqlar gedir, - Ərdoğan qeyd edib.