Rusiya xarici işlər naziri Sergey Lavrov Mosulda aparılan hərbi əməliyyatlara münasibət bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o bildirib ki, Mosulda aparılan aparılan hərbi əməliyyatlar İŞİD-in sarsılda bilməyəcək. Bu ötəri bir hərbi əməliyyatdır. Həmçinin Mosulda keçirilən hərbi əməliyyatlar İŞİD terrorçularının Suriyaya çəkilməsi riskinidə yaradır. Biz təbii ki, vəziyyəti qiymətləndirəcəyik və əgər belə bir şey reallaşsa, hərbi və siyasi mənada qərarlar verəcəyik".
Mosulda hərbi əməliyyatları izlədiyini deyən Lavrov nəticədə Birləşmiş Millətlər Təşkilatına yeni köç dalğasının meydana gələ biləcəyi xəbərdarlığını da edib: "Ümid edirəm ki, bu mövzular əməliyyatları hazırlayan ölkələr tərəfindən müzakirə olunub. Ancaq hələlik bu məsələdə çox sual işarəsi var".
Lavrov, Rusiya və Əsəd rejiminə aid hava qüvvələrinin Suriyanın Hələb şəhərində bu gündən etibarən hərbi əməliyyatların dayandırılmasına da toxunub.
"Əməliyyatların dayandırmaq qərarı tətbiq olunmağa başlanıb. Bu ara, ABŞ və digər bəzi ölkələr tərəfindən dəstəklənən qrupların Nusradan ayrılması üçün yaxşı niyyət işarəsi olaraq qiymətləndirilə bilər. Bu parçalanma fərqli şəkillərdə edilə bilər. Lozandakı görüşdə bu mövzuda mütəxəssislər səviyyəsində iş aparılması qərarı alındı -‹-‹və ilk yığıncaq sabah Cenevrədə təşkil ediləcək"- deyə danışdı.
Xatırladaq ki, Kremlin Mətbuat sözçüsü Dmitriy Peskov, Rusiyanın Hələbdə əməliyyatlarını dayandırma qərarı alaraq ABŞ-a daha əvvəlki razılaşmaları yerinə yetirmək üçün "bir şans daha" verdiyini söylədi.