Məşhur futbolçu Hakan Şükür rəsmən 15 iyul hərbi çevrilişdə iştirak edənlər arasında olması təsdiqləndi.
Unikal.org AA xəbərə istinadən bildirir ki, sabiq millət vəkili Hakan Şükürün, Fetullahcı Terror Təşkilatı (FETO) üzvlərinin istifadə etdiyi və MİT tərəfindən deşifr edilən ByLock istifadəçiləri arasında olduğu və hazırlanan siyahıda "narıncı" kateqoriyada iştirak etdiyi təsdiqlənib.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı FETÖ üzvlərinin cib telefonu üzərindən bir-birləri ilə əlaqə qurmaq üçün istifadə etdikləri "ByLock" sisteminin şifrələrini qırıb. Məlum olub ki, bu sistemdən istifadə edənlər arasında Hakan Şükürdə olub.
Sabiq millət vəkili və futbolçu Hakan Şükürün də ByLock tətbiqində aktiv olaraq istifadə edənlər arasında olduğu öyrənilib.
Tətbiqin MİT tərəfindən deşifr edilməsinin ardından hazırlanan və aktiv istifadə vəziyyətinə görə, "qırmızı", "narıncı" və "mavi" şəklində rəng qruplarına ayrılaraq hazırlanan siyahıda Şükürün adı, "proqramı endirən və normal sıxlıqda istifadə" olduğu "narıncı" kateqoriyada iştirak edib .
Xatırladaq ki, 17-25 dekabr aylarında AK Partiyasından istefa verən və müstəqil millət vəkili olaraq TBMM iştirak edən Hakan Şükür 19 noyabr 2015-ci ildə Atatürk Havalımanından xaricə getdiyi məlum olub.
ABŞ-ın Kaliforniya ştatında yaşayan Hakan Şükür, "qaçdığı" istiqamətindəki iddialar üzərinə ictimai media üzərindən etdiyi şərhlərdə, "idman akademiyası qurmaq üçün ABŞ-a gəldiyini" ifadə etmişdi.