Türkiyədə 10 qız, 1 oğlan şagirdinə qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən müəllim A.K-nin məhkəməsi başa çatıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Ərzurum 2 Ağir Cinayətlər Məhkəməsində təqsirləndirilən A.K son sözlə çıxış edərək, barəsində verilən ittihamları rədd edib. Prosesdə hökm oxunub. Hökmə əsasən A. K hər sagirdinə görə 27 il, ümumilikdə 297 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məktəbdə müəllim işləyən A.K 11 şagirdinə qarşı seksual xarakterli hərəkətlər edib. Uşaqlarının ailələri məsələ ilə bağlı prokurorluğa şikayət edib. Bundan A.K həbs edilib. Ona Türkiyə Cinayət Məcəlləsinin müaviq maddələri ilə cinayət işi başlanılıb.