Ukrayna Prezidenti Poroşenkonun ötən gün imzaladığı fərmanla sanksiya tətbiq edilən Rusiya rəsmi şəxslərinin bəzilərinin adı açıqlanıb.

Unikal.org xəbər verir ki, yeni siyahıda Rusiya Baş nazirinin müavini Dmitri Roqozin, senator Yelena Mizulina, Krımın rəhbəri Sergey Aksyonov, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin də adı var.

Qeyd edək ki, rəsmi Kiyev hazırda Rusiyanın 250 fiziki və 46 hüquqi şəxsinə sanksiya tətbiq edir.