Türkiyədə bir tibb bacısı sosial şəbəkə hesabında etdiyi paylaşımlarla böyük qalmaqala səbəb olub.
Unikal.org milliyet-ə istinadən bildirir ki, ağır vəziyyətdə olan xəstələrlə selfie çəkib"İndi evdəyəm. Arxamdakı isə çox baha qiymətə aldığım tablo" kimi şərhlər yazaraq sosial şəbəkələrdə paylaşan tibb bacısı sərt iradlarla üzləşib.
Bu utanc olayla bağlıCHP-nin İstanbuldan olan millət vəkili Barış Yarkadaş Səhiyyə Nazirinə müraciət edərək tibb bacısına laiqli cəza verilməsini tələb edib.
Sərsəm paylaşımlardan sonra sərt reaksiya ilə üzləşən tibb bacısı sosial şəbəkə hesablarını bağlamaq məcburiyyətində qalıb.