Unikal.org bildirir ki, aznews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Misir və Fransadan olan araşdırmaçılar Xeopsun piramidasında iki naməlum boşluq aşkarlayıblar. Boşluqlardan biri ehramın şimal hissəsində, digəri isə şimal-şərqdə yerləşir. Hər iki boşluq dəhlizi xatırladır. Hələ ki, onların öz aralarında əlaqəli olub-olmadığı məlum deyil.
Məlumata görə, aşkarlanan boşluqlar həm firon məqbərəsinin gizlin yerləri, həm də ehramın nəhəng qüsurları ola bilər.
Qeyd edək ki, araşdırmaçılar boşluqların olmasından hələ ötən ilin noyabrında şübhələniblər. Lakin daha dəqiq tədqiqat aparmadan yekun fikir bildirmək mümkün olmayıb.