Unikal.org milliyyet-ə istinadən xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində boşanmaq üçün məhkəməyə müraciət edən 16 illik evli olduğu həyat yoldaşı Ersini küçədə güllələyən və ömürlük həbs cəzasına məhkum olunan, Kezban adlı qadının cəzası yüngülləşdirilərək 4 il 8 ay həbs cəzasına ilə əvəz edilib.
Xatırladaq ki, hadisə 2 il bundan öncə baş verib. Belə ki, küçənin ortasında ərini qarnından vuran qadın polisə zəng edərək cinayət barədə məlumat verib. Polislər və təcili yardım hadisə yerinə gələnə qədər qadın yaralı halda olan ərinin yanında dayanıb onun ölməsini gözləyib.
Lakin, qısa zamanda hadisə yerinə gələn təcili yardım yaralını Atatürk Universiteti Yakutiye Xəstəxanasına aparıblar. Polislər də hadisəni törədən Kezbanı polis bölməsinə aparıblar. O vaxt Kezban ifadəsində ərini güllələməyinə səbəb kimi onun xəyanət etməsini göstərmişdi:
"Ərimin bir qadınla münasibəti var idi. Bu münasibət 4 il davam etdi. Hadisədən 15-20 gün öncə Ersin mənimlə evliliyinə son qoyacağını və boşanma ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirdi. Həmin qadın sosial mediadan boşanmaq üçün məni təhdid edirdi. Olaydan öncə ərim məni döydüyü üçün məhkəməyə müraciət etdim. Ailə Məhkəməsi həyat yoldaşım haqqında tədbir görülməsi haqqında qərar verdi. Ərimlə birgə açdığımız tekstila telyesinin borcları var idi. Bunu danışmaq üçün yanına getdim.Mənə belindəki tapançanı göstərdi və "Bütün ailəni öldürəcəm. Sən də aldığım qadının iti olacaqsan."dedi.Növbəti gün yenə yanına getdim. Obyektin önündə mübahisəmiz düşdü. Bu zaman belindəki silah yerə düşdü. Bir anda ikimiz də silahı yerdən götürməyə çalışdıq. Bundan sonra atəş səsini və silahın əlimdə olduğunu xatırlayıram."
Unikal.org baş verən hadisənin görüntülərini təqdim edir: