Alimlər cəhənnəmdə istiliyin neçə dərəcə ola biləcəyi barədə ehtimal irəli sürüblər.
Unikal.org atv.az-a istinadən xəbər verir ki, İnsanların yalnız dini kitablardan məlumat aldığı cəhənnəm temperaturu barədə ABŞ-ın Merilənd Universitetinin alimləri tədqiqat aparıblar. Alimlərin fikrincə, cəhənnəm Yerin mərkəzində yerləşə bilər.
Yerin nüvəsində temperaturun neçə dərəcə olduğu hələlik dəqiq müəyyən edilməyib. Tədqiqatçıların ehtimalına görə isə bu istilik təxminən 5-6 min dərəcəyə çatır.
Ekspertlər hesab edir ki, bu, qara metalın əriməsi üçün kifayət edən temperaturdur.