Bu gün Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışı olub.

Unikal.org xəbər verir ki, tədbirdə prezidentİlham Əliyevdə iştirak edib.

"Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə prezidentin 2016-cı il 19 avqust tarixli sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

***
10:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdimatında iştirak edib.

Unikal.org xəbər verir ki, "Birinci Şıxlı kəndli fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin mayında başlanılıb və cari ilin oktyabrında inşaat işləri başa çatdırılıb. Təsərrüfatın ümumi ərazisi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar yaradılıb. Həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb.

Dövlətimizin başçısına məlumat verilib ki, burada istehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Burada, həmçinin mütəxəssislərin hazırlanması üçün Əkinçilik Tədris Mərkəzi fəaliyyət göstərəcək.

Sonra Prezident İlham Əliyev "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

***
12:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.

Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur.

Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi bölmələri var.

Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində "Qazax xalça məktəbi, "Etnoqrafiya və folklor, "Qazax XIX-XXI əsrin əvvəllərində, "Səməd Vurğun, "Görkəmli şəxsiyyətlər, "1929-1990-cı illər, "müasir dövr və "Azərbaycan XXI əsrdə bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb.

Binanın mansardında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb.

Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.








İlham Əliyev Qazaxda yol açılışı etdi -   Foto
İlham Əliyev Qazaxda yol açılışı etdi -   Foto