ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Donald Trampın birinci administrasiyasında milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışmış Con Boltonun evində axtarış aparıb.
"Unikal" xəbər verir ki, bu barədə "Euronews" yazıb.
Bolton həbs olunmayıb və ona qarşı ittiham irəli sürülməyib .
Nə ABŞ Ədliyyə Nazirliyi, nə FTB, nə də Boltonun vəkilləri hadisə ilə bağlı şərh verməyiblər. Bununla belə, FTB direktoru Kesh Patel X sosial media platformasında yazıb: "Heç kim qanundan üstün deyil".
Con Bolton 2018-ci ilin aprelində Trampın ilk prezidentlik dövründə milli təhlükəsizlik üzrə müşaviri olub, Tramp isə 2019-cu ilin sentyabrında onu vəzifəsindən azad edib.
Ağarza Elçinoğlu