Bu gün Azərbaycan mediasında öz dəst xətti və maraqlı xəbərləri, reportajları, layihələri ilə seçilən Axar.az xəbər portalının ad günüdür.

Ölkə mediasının ciddi və populyar xəbər portallarından biri hesab edilən saytın fəaliyyətə başlamasından 3 il ötür.

2013-cü ilin okttyabrın 19-da oxucularla görüşə gələn Axar.az saytı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. Qısa müddət ərzində ölkəmizdə ən çox oxunan elektron kütləvi informasiya vasitələrindən biri kimi tanınan sayt, ciddi və qərəzsiz xəbərləri ilə minlərlə oxucunun rəğbətini və etmadını qazanaraq internet mediasının lidelərindən birinə çevrilib.

Saytın təsisçisi Aynur Camalqızı, baş redaktoru Anar Niftəliyevdir.

Unikal.org olaraq Axar.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!