İraqın Mosul şəhərində keçirilən hərbi əməliyyatlara görə 1 milyona yaxın insan şəhəri tərk edir.

Unikal.org xəbər verir ki, ərazinin IŞİD-dən təmizlənməsi üçün keçirilən hərbi əməliyyatlar zamanı Mosul şəhər mərkəzindən insan ovundan qaçmağı bacaran vətəndaşlar, İraq Ordusunun nəzarəti altındakı Kayyare qəsəbəsinə köçürülüb.

İzdihamda qadınlar və uşaqlar çoxluq təşkil edir. Böyük qaçışa qatılan insanlar şəhəri tərk edərkən dönüb belə arxaya baxmaq istəmirlər.

Şəhəri isə alovlar və böyük bir toz bürüyüb.
İŞİD Mosulun bəzi ərazilərində əhalinin qaçışını əngəlləməyə də çalışıb. Xeyli sayda insanlar girov götürülüb.