ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı 3 məktəbin bağlanması barədə qərar qəbul edilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Los-Ancelesin Təhsil Şurası razılaşdırılmış mətktəblərlə bağlı anlaşmanın müddətinin uzadılmasını FETÖ-ya aid 3 məktəbə şamil etməyib.
Şuranın 7 üzvündən 6-sı qərarın lehinə səs verib. Apellyasiya şikayəti vermə hüququ olan məktəblər 2017-ci ilin iyul ayınadək maliyyə şərtlərini ödəməsələr o zaman həmin məktəblər bağlanacaq.
İnformasiyaya görə, Kaliforniyada hakimiyyət orqanları ilə razılaşdırılmış formada 10 məktəb fəaliyyət göstərir.