Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd şok açıqlamalar verib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Rusiyanın dövlət televiziyası "Rossiya-24 müsahibə verən Əsma Əsəd ərinin düşmənlərinin ona Əsədi tərk edərək Suriyadan getməsi üçün pul təklif edildiyini açıqlayıb.
Əsma Əsəd deyib ki, bu təklifi ərinin başqalarına güvənini sarsıtmaq üçün edildiyini bildirib və vətəndaş müharibəsi başlayandan bəri Suriyanı tərk etmədiyini bəyan edib.
41 yaşlı 3 uşaq anası ona edilən təklifin uşaqlarının və özünün gələcək həyatını maddi və fiziki cəhətdən tam təmin edilməsi olduğunu bildirib. Əsma Əsəd təklifin konkret kimlərdən gəldiyini isə açıqlamayıb. Bununla belə, o, bu təklifi irəli sürənlərin suriyalı olmadığını bildirib.