Azərbaycanda dini qurumların ləğv edilməsi və yaxud fəaliyyətinin qadağan edilməsi qaydalarında yeniliklər edilir.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Milli Məclisdə bununla bağlı "Dini etiqad azadlığı haqqında qanunun 12-1-ci (Dini qurumun ləğv edilməsi) maddəsinə əlavələr təklif olunub.

Maddəyə edilən əlavəyə görə, dini qurumun ləğv edilməsi səbəbləri arasına "Dini ekstremist fəaliyyət ilə məşğul olma bəndi əlavə edilir. Maddənin sonuna təklif edilən əlavədə isə bildirilir ki, "Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq.