Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.
Unikal.org APA-ya istinadən xəbər verir ki, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. "Azəravtoyol ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.
Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.