Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.
Gəncə sakini, 1976-ci il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.
Hadisə nəticəsində uşaqlar vəfat edib, qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.