24 yaşlı Heyli Smit etdiyi hərəkətlə dünya mediasının diqqətini çəkib.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatıan görə, o, bu yaşına kimi artıq çəkisindən hər zaman utanıb və arıqlamaq üçün cəhdləri də uğursuz qalıb. Lakin Mett adlı məktəbdən tanıdığı oğlan ona evlilik təklif edəndən sonra gənc qızın həyatı dəyişib. Bir il sonraya təyin edilən toy üçün o, arıqlamağa qərar verib.
Gəlinlik libasında gözəl görünmək istədiyini deyən Heyli bir il müddətində pəhriz tutub, idman edir, həftənin beş günü qaçışla məşğul olur.
Nişanlanan zaman 103 kiloqram olan qıza toyuna kimi 50 kiloqram arıqlayır. Toyda Heylini görənlər onu tanımaqda çətinlik çəkiblər.