Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.


Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.