Berlində Almaniya kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland arasında Suriya böhranına dair görüş başa çatıb.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, görüş bağlı qapılar arxasında saat yarım davam edib.
Rusiya prezidenti Berlin görüşünün yekunları barədə hava limanında jurnalistlərə açıqlama verib. O, Rusiyanın Hələbdə atəşkəs rejimini uzatmağa hazır olduğunu deyib:
"Hələbdəki vəziyyəti nəzərə alaraq atəşkəs rejimini mümkün qədər uzatmağa hazırıq. Ərazidə terrorçu dəstələr yenidən baş qaldırmasa, hava zərbələri endirilməyəcək.
Onun sözlərinə görə, keçirilən görüşdə Rusiya Suriyanın yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi üzrə işləri sürətləndirməyə çağırıb:
"Bunun əsasında münaqişə tərəfləri arasında ilkin razılaşmaya nail olmaq, yeni seçkilər keçirmək mümkün olardı. Təbii ki, prosesə cəlb edilən region ölkələrinin iştirakı ilə.