Xalq artisti Məleykə Əsədova "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.
Unikal.org bildirir ki, aktrisa açıqlama zamanı səhhətində problem olduğunu söyləyib:
"Bir az soyuqlamışam. Biz sənətkarlar xəstə olsaq da, işimizi görməliyik. Dəfələrlə qızdırmalı şəkildə səhnəyə çıxıb tamaşada obrazımı ifa etmişəm. Aktrisanın problemi özü üçündür. O, izləyicilərin qarşısına gülər üzlə çıxmalıdır. Hər zaman öz işimlə, həyatımla yaşayan bir insan olmuşam. Başqalarının işləri ilə maraqlanmıram. Sözlərinə də cavab vermirəm. Kim nəyi bacarırsa, göstərirsə onu da etsin.
M.Əsədova hər zaman yeniliklər öyrənməyə çalışdığını da deyib:
"Böyük, çətin, məsuliyyətli, klassik tamaşalar oynayan aktrisayam. Yaradıcı insan özündən arxayın olub, "ay mənim bu qədər mükafatlarım var, ordenlərim var, deyib rahatlaşmamalıdır. Öz üzərində hər zaman işləməlidir. Bu gün sevinirəm ki, "İtkin gəlin o qədər dublyaj səhvləri ilə yenə də sevilir. Bu gün İran, Türkiyə, Rusiya, Belarusiya, Ukraynadan yazırlar ki, serialın kaseti bizdə var. Biz hələ də baxırıq.
Aktrisa müasir seriallara çəkilməməyinin səbəbini də açıqlayıb:
"Elə bilirlər ki, seriala çəkilmək istəmirəm. Bu belə deyil. Ancaq sənətimi həddindən çox istəyirəm. Mən görünmək xatirinə nə verilişə çəkiləcəm, nə serialda oynayacam. Qoy Məleykə "Əfsanə" olaraq qalsın. Əgər bir filmi, serialı çəkmək istəyirsənsə, rejissor, operator, ssenari güclü olmalıdır. Tək Məleykə ilə iş bitmir. Mən yaxşı olum, tərəf müqabillərim zəif olsun, alınmır belə. Mən istəyirəm ki, oynayan aktyorlar da güclü olsun".