45 saniyəyə qadınlar kişilər arasında seçim etməyi bacarır və artıq onlar üçün məlum olur ki, bu kişi ona uyğundur ya yox.

Unikal.org xəbər verir ki, ingilis psixoloqları bildirir ki, qadınlar ilk baxşıdan altıncı baxışa kimi aşiq olurlar. 45 saniyəyə qadınlar artıq qarşılarındakı insanın nə istədiyini aydınlaşdırır. 

1 - ci baxışda qadınlar 5 saniyə insana nəzər yetirirlər və qarşılarındakı şəxsin gözlərinin rəngini, eyni zamanda onların ağıl dərəcələrini bu yolla ölçürlər.

2 - ci baxışda isə 10 saniyə insana diqqət yetirirlər və bu zaman həmin şəxsin paltarlarına diqqət yetirirlər. Hətta tezliklə bəyəndikləri, diqqətlərini çəkdikləri insanların barmaqlarında üzüyün olub olmaması faktına da nəzər salırlar.

3 - cü dəfə baxarkən isə 5 saniyə ərzində saç düzümünü qiymətləndirirlər.

4 - cü dəfə əllərinə

5 - ci dəfə çiyinlərinə

6-cı dəfə isə 15 saniyəlik müddətə həmin şəxsin hərəkətlərinə, jestlərinə və insanlarla olan münasibətlərinə fikir verirlər. Kişilərin siqaret çəkmək qaydaları, onların yemək yemələri və eyni zamanda bakal götürmək formaları da diqqətdən yayınmır.

Bütün bu hərəkətlər kişilərin intellektual səviyyələrindən xəbər verir, qadınlar kişilər onları hiss etmədən nəzər yetirməyi sevirlər. Kişilərin onlara tərəf çevrildiklərini görəndə isə tez baxışlarını yayındırmağı bacarırlar. Bu hərəkət isə bütün kişiləri qadına tərəf itələyən addım olur. Kişilər isə bunun əvəzində qadınların üzlərinə, ayaqlarına, qısa yupkalarına və s. diqqət yetirilər. Yəni ilk baxış zamanı onları yalnız xanımın cazibədarlığı maraqlandırır.