"Samsung" şirkəti batareya problemi səbəbilə istehsal etdiyi "Galaxy Note 7" modellərini geri yığmaq məcburiyyətində qalıb.
Unikal.org-un xarici mətbuata istinadən bildirir ki, hətta, ABŞ-ın bütün hava yollarında "Galaxy Note 7"-nin istifadəsinə qadağa qoyulub.
Enerjiye qoşulu olmadığı halda belə cihazın yanğınlara səbəb olduğu iddia edilir.
Sözügedən modellərini geri çəksə də, New Jersey Federal məhkəmələrində şirkət əlehinə onlarca məhkəmə işi açılıb.
Bu uğursuzluğun "Samsung" şirkətində ciddi maliyyə sıxıntılarına səbəb olacağı ehtimal edilir.