Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, səhhətində bir az problemləri olan xalq artisti, ona ünvanlanan suallara maraqlı açıqlamalar verib.
"Deyəsən, bir az soyuqlamışam. Biz sənətkarlar xəstə olsaq da, işimizi görməliyik. Dəfələrlə qızdırmalı şəkildə səhnəyə çıxıb tamaşada obrazımı ifa etmişəm. Aktrisanın problemi özü üçündür. O, izləyicilərin qarşısına gülərüzlə çıxmalıdır.
İndi adi insanlar yüzlərlə obraz ifa edən, cilddən-cildə düşən aktyorlardan daha yaxşı oynayır. Məleykə xanım, belə insanlar ətrafınızda çoxdurmu?
"Hər zaman öz işimlə, həyatımla yaşayan bir insan olmuşam. Obrazlarım, evimə gəlirəm qızım, zamanında anam. Öz problemlərimi həll etməyə güclə vaxt tapıram. Ona görə də, mən başqalarının işləri ilə maraqlanmıram. Sözlərinə də cavab vermirəm. Kim nəyi bacarırsa, kim nəyi göstərirsə onu da etsin.
Hər zaman öyrənməyin vacib olduğunu söyləyən xalq artisti bəzi insanların biraz məşhurlaşan kimi öyrənməyi dərin quyulara atıb üzərinə də böyük bir daş qoyduğunu deyir.
"Böyük, çətin, məsuliyyətli, klassik tamaşalar oynayan aktrisayam. Mən yaradıcı insanam, yenə də öyrənirəm. Sabah da öyrənəcəm. Yaradıcı insan özündən arxayın olub, "ay mənim bu qədər mükafatlarım var, ordenlərim var, deyib rahatlaşmamalıdır. Yaradıcı insan hər zaman işləməlidir. Eynilə, teleserial çəkən rejissorlarda da arxayınlıq olmamalıdır.
Məleykə xanım hazırda ekranlaşdırılan filmləri sənət tərəzisində ölçərkən "İtkin gəlin serialını da yada saldı. Ekran işini yerə-göyə sığdıra bilmədi.
"Mən bu gün sevinirəm ki, "İtkin gəlin o qədər dublyaj səhvləri ilə yenə də sevilir. Bu gün İran, Türkiyə, Rusiya, Belarusiya, Ukraynadan yazırlar ki, serialın kaseti bizdə var. Biz hələ də baxırıq.
Məleykə xanım, bəs sizi indi niyə heç bir serialda görmürük, bunun əsas səbəbi nədir?
"Mən çox istəyirəm ki, seriallara çəkilim. Elə bilirlər ki, istəmirəm. Ancaq mən sənətimi həddindən çox istəyirəm. Mən görünmək xatirinə nə verilişə çəkiləcəm, nə serialda oynayacam. Qoy Məleykə "Əfsanə" olaraq qalsın.
Xalq artisti deyir ki, əgər, o, hansısa seriala çəkilərsə, mütləq peşəkar heyətlə çalışmalıdır.
Əgər bir filmi, serialı çəkmək istəyirsənsə, rejissor güclü olmalıdır. Operator güclü olmalıdır, ssenari güclü olmalıdır. Aktyor truppası güclü olmalıdır. Tək Məleykə ilə iş bitmir. Mən yaxşı olum, tərəf müqabillərim zəif olsun, alınmır belə.Mən istəyirəm ki, oynayan aktyorlar da güclü olsun.