Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində 5155 nəfər sürücünün inzibati xəta törətdiyini aşkar edib.

Unikal.org xəbər verir ki, bu barədə "Report"a idarədən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 47-si sükan arxasına sərxoş halda əyləşdiyinə, 2 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2023 sürücüyə elektron protokol (MMX) tərtib edilib.