Bakıda 19 yaşlı qız faciəli şəkildə ölüb.

Unikal.org xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Yeni Günəşli qəsəbəsi, "AB yaşayış massivi ev 56, mənzil 27 ünvanında qeydə alınıb. Orada yaşayan 1997-ci il təvəllüdlü Sərfinaz Salman qızı Əsgərova yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.